"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“E-manat”a qoşulmaq Bakıxanov bələdiyyəsinə nə verib?

--2016-04-04 / 23:25

““E- manat” sisteminin tətbiqi büdcə gəlirlərimizin 40%-dək artmasına səbəb olub”- bu  fikirləri Belediyye.info saytına açıqlamasında Sabunçu rayonu Bakıxanov bələdiyyəsinin sədri Ramiz Nəsibov bildirib.

Sədrin  sözlərinə görə, hazırda paytaxtın istənilən məntəqəsindən “E-manat” bankomatları vasitəsiylə yerli vergiləri ödəmək mümkündür.

Bizim əsas məqsədimiz bütün mümkün variantlardan istifadə etməklə büdcə gəlirlərimizi artırmaqdır.

əldə etdiyimiz maliyyə vəsaitlərini isə qəsəbənin inkişafına yönəldirik.

Qeyd edək ki, paytaxt bələdiyyələri arasında  Bakıxanov bələdiyyəsi  Nəsimi bələdiyyəsinin təşəbbüsünə qoşulan ikinci orqandır.

Bu gün ümumilikdə 6 bələdiyyə bu sistemə qoşulub.

Belediyye.info  

ŞƏRHLƏR